qalxanabenzer vezin xerçengi

Tiroid xərçəngi

Tiroid xərçəngi qalxanvari vəz hüceyrələrimizin bədləşməsi nəticəsində ortaya çıxan bir xəstəlikdir. Düzgün müayinə və müalicə nəticəsində müsbət nəticə faizi çox yüksəkdir. 

Tiroid xərçəngi özünü ilk vaxtlarda nodul şəklində ortaya çıxarır. Amma hər nodulda xərçəng olacaq deyə bir şey yoxdur. Ona görə biz bunu ayırd etmək üçün “Xərçəngdirmi, deyilmi?” deyə, incə iynə aspirasiya müayinəsi metodundan istifadə edirik. İncə iynə aspirasiya metodu odur ki, biz nazik bir iynə vasitəsilə o düyünə iynə batırılır oradan kiçik bir nümunə götürülür və o mikroskop altında patoloqlar tərəfindən baxılır, “Xərçəngdirmi, deyilmi?” deyə müəyyən edilir və ondan sonra xəstəyə tətbiq olunacaq müayinə və müalicə metodu seçilir. 

Tiroid xərçənginin əlamətləri nələrdir?

Bu xəstəlik özünü necə büruzə verir? Adətən, əksər hallarda ilk başlarda xəstədə heç bir şikayət, ağrı və başqa hər hansı bir simptomla özünü göstərmir. Xəstələr kontrol müayinələrdə, ultrasəs müayinəsində, adətən, qalxanvari vəzində düyünlər aşkar olunur. Bundan sonra digər müayinələrə keçilir. 

İrəliləmiş dövrlərdə isə düyünün həddən artıq böyüməsi və ya digər limfa düyünlərinə və ya başqa bir orqanlara yayılması nəticəsində özünü başqa simptomlarla, uyğun simptomlarla göstərə bilər. Yerində böyümə nəticəsində xəstələrdə boğazda şişkinlik, udqunma çətinliyi ilə özünü göstərir. 

Və ya əgər boyun limfa düyünlərinə metastaz veribsə, oradan yayılma varsa, limfa düyünü zəncirlərində şişkinlik kimi özünü göstərəcək. 

Və ya başqa hər hansı bir orqana, xüsusən də, məsəl üçün, beyin metastazı xəstələr olarsa, xəstələrdə son dövrlərdə, yəni çox gec dövrlərdə baş ağrıları şəklində özünü göstərə bilər. 

Tiroid xərçənginin müayinəsi necə aparılır?

Tiroid xərçənginin müayinəsində əsas müayinə metodu ultrasəs müayinəsidir. Ultrasəs müayinəsi nəticəsində biz demək olar ki, şiş haqqında, xərçəng haqqında, yəni yerləşməsi, ölçüsü, sayı haqqında tam dəqiq məlumat əldə edə bilirik. Lakin böyük ölçülərə çatıbsa, yayılma varsa, biz yayılmaları digər müayinə metodlarından istifadə edərək, məsələn, kompüter tomoqrafiyası istifadə edərək, MRT- dən istifadə edərək aşkar edə bilirik. Amma əsas yekun nəticəni həmişə patostoloji müayinə deyirik. 

İncə iynə aspirasiya müayinə metodu 

İncə iynə aspirasiya metodunda biz tiroid xərçənginin bir neçə variantını müəyyən edə bilirik. Bunlardan ən çox yayılanı papillyar xərçənglərdir ki, bunlar tiroid xərçənglərinin, demək olar ki, 80 faizini təşkil edir. Digər xərçənglər içərisində isə follikulyar, medullyar və anaplastik xərçənglər var. 

Bunların içində ən çox yayılmışı və rahat olanı papillyar xərçənglərdir və incə iynə aspirasiya müayinə üsulu ilə bunun diaqnozunu, adətən, dəqiq təyin etmək olur. 

Follikulyar xərçənglər isə diaqnozu nisbətən çətindir. Yəni normal düyünlə bədxassəli düyün arasında differensiasiya bir az çətin olur. 

“Düyünün əkilməsi” nəyə görə lazımlıdır? 

Patositoloji müayinə nəyə görə bilmək lazımdır? Əgər xərçəng ölçüsü1 sm-dən kiçikdirsə, biz buna “mikro xərçənglər” deyirik, “mikrokarsinoma” deyirik ki, bunlarda əgər bu təklidirsə, qalxanvarı vəzin digər payı normaldırsa, ölçüləri normaldırsa və hormon istehsal etmə qabiliyyəti normaldırsa, müasir dövrdə vəzin bir tərəfini kəsib götürməklə müalicəni başa çatdırmış ola bilərik.

Amma adətən, xərçənglərdə tiroid vəzi, qalxanvarı vəzi tam xaric olunur və lazım olarsa, əgər limfa düyünlərinə yayılması şübhəsi varsa, artıq boyun limfa diseksiyası kimi böyük həcmli əməliyyatlara keçirilir. 

Əməliyyatdan sonra xəstə, bir neçə hormon vasitəsilə xərçəngdə təqib olunur. TSH dediyimiz və tiroglobulin dediyimiz hormonla təqib olunur. Xəstəyə əməliyyatdan sonra vəzin özünün hormononun preparatı verilir. Özü olmadığı üçün onun hormonunun funksiyasını yetirmək üçün biz dərman müalicəsi təyin edirik və bu endokrinoloqlar tərəfindən kontrolda saxlanılır və TSH və tiroglobulin vasitəsilə də şişin geri dönüb-dönmədiyi kontrol altında saxlanılır. Əgər tiroglobulinin qanda səviyyəsi sıfırdırsa, o göstərir ki, deməli ki, orqanda hər hansı bir xərçəngdə geri dönüş, yəni təkrarlama yoxdur. Amma bəzi nadir hallarda da olsa, tiroglobulinin səviyyəsi sıfır olduğu halda residivlər, təkrarlamalar mümkündür. 

Tiroid vəzində düyün aşkarlanarsa, pasiyentlər nə etməlidirlər?

Əgər xəstədə düyün aşkarlanarsa, xəstələr nə etməlidir? Xəstələrdə düyün aşkarlanarsa, ilk öncə cərraha yox, endokinoloqa müraciət etməlidirlər. Endokrinoloqlar bu düyünü araşdırır, “soyuq düyün”dürmü, “isti düyün”dürmü? Düyünün soyuq-isti olması bizim normal temperatur şəklində başa düşülməməlidir. Yəni soyuq və isti kimi. Bu yod sinteqrafiyası müayinə metodu var. Orada düyünün yodu udub-udmamasına görə ona soyuq və ya isti düyün deyilir. Yəni sensorlarda yod udan düyünlər isti düyün kimi göstərilir, yodu udmayan, yəni radioaktiv yod udmayan soyuq düyün kimi qeyd olunur. İsti düyünlər təhlükəsiz sayılır, çünki artıq normal bir orqan toxuması kimi fəaliyyət göstərir. Soyuq düyünlər isə, bizim bu cərrahları burada maraqlandıran düyün soyuq düyünlərdir. Soyuq düyün aşkar olunduğu halda endokrinoloqlar xəstədən biopsiya tələb edir və biopsiya nəticəsinə əsasən də oradan da cərraha yönləndirilirlər.

Op.Dr.Emin Bayramov, Cərrah-onkoloq


Posted

in

by

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *